Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan SOCAR-dan kreditlə benzin almağa hazırlaşır

Pakistan hökumətinin İqtisadi Koordinasiya Komitəsi sabah yanvarın 1-də Azərbaycandan kreditlə yanacaq alınmasına dair razılaşmanı təsdiqləmək üçün xüsusi toplantı çağırıb

Hökumət Azərbaycandan uzunmüddətli kredit hesabına avtomobil benzini alaraq ölkə daxilində benzinin bahalaşmasının qarşısını almağa hazırlaşır.

Komitənin iclasına maliyyə naziri Əsəd Umar başçılıq edəcək. İnformasiyalı mənbələr bildiriblər ki, Azərbaycan dövlət neft şirkəti SOCAR vasitəsilə Pakistana uzunmüddətli razılaşma çərçivəsində Pakistana neft məhsullarının təchizatını təklif edib.

Tərəflər 2017-ci ilin fevralında neft-qaz məhsullarının, o cümlədən yanacaq mazutunun, benzin və dizel yanacağının, sıxılmış qazın təchizatına dair hökumətlərarası saziş imzalayıblar. Gözlənilir ki, bu saziş çərçivəsində SOCAR və Pakistanın PSA şirkəti 4-6 aylıq kreditlə 100-150 milyon dollarlıq avtomobil benzininin idxalına dair müqavilə bağlayacaqlar.

Mənbələr deyiblər ki, SOCAR-ın Dubayda neft rezervuarı var və şirkət Pakistana benzini oradan göndərmək imkanındadır.

Pakistan hökuməti bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından da yanacaq idxal edib. Lakin hökumətdəki mənbələr deyiblər ki, bu razılaşmaları Azərbaycanla razılaşma ilə müqayisə etmək şərtlər baxımından mümkünsüzdür. Azərbaycan Pakistanla dostluq münasibətlərini nəzərə alaraq daha münasib şərtlər təklif edib, üstəlik SOCAR iki ölkə arasındakı münasibətləri nəzərə alaraq heç bir dövlət qarantiyası olmadan 100-150 milyon dollarlıq benzini kreditlə verəcək.(virtualaz.org)

pia.az


Etiket: Pakistan SOCAR

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar