Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən həftə buraxılış zamanlı partlayan “Starship”un yeni uçuşu 1-2 ay ərzində baş tutacaq...

İlon Mask bildirib ki, “SpaceX” 1-2 ay ərzində yeni “Starship” buraxılışını həyata keçirməyə hazır olacaq...

Amerikanın aerokosmik şirkəti “SpaceX” 1-2 ay ərzində özünün super ağır daşıyıcısı “Starship”in yeni buraxılışına hazır olacaq.

Poliqon xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask bildirib.

““Starship”in yeni buraxılışını biz 1-2 ay ərzində yenidən işə salmağa hazır olacağıq”, deyə İlon Mask sosial mediada yazıb.

Qeyd edək ki, “SpaceX”, cümə axşamı Texasın cənub-şərqindəki Boka-Çikadakı buraxılış meydançasından “Starship” raketini buraxıb. İlk uçuşun bir hissəsi olaraq, raket Yer ətrafında bir dövrə vurmalı idi. Sonra “Ship 24” kosmik gəmi Sakit Okeanda, Havay adaları yaxınlığında eniş etməli etməli idi. Lakin raket buraxıldıqdan bir neçə dəqiqə sonra nəzarətsiz fırlanmağa başlayıb və partlayıb. Sınaq buraxılışı pilotsuz rejimdə baş tutub.

Yenidən istifadə edilə bilən raket sistemi “Ship 24” kosmik gəmisi və “Super Heavy” daşıyıcısından ibarətdir. Hündürlüyü 120 metrə çatır. O, dünyada indiyə qədər hazırlanmış hər hansı digər raketdən daha böyükdür. “Super Heavy” daşıyıcısı NASA-nın Aya pilotlu uçuşlar üçün yaradılan Kosmik” Launch System” (SLS) ağır raketindən iki dəfə güclüdür.

Qeyd edək ki, gələcəkdə “Starship” raketinin Aya və Marsa pilotlu uçuşlar üçün istifadə ediləcəyi planlaşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar