Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ondan ayrılmaq istəyən arvadını öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Sahib İbadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, 2022-ci il dekabrın 21-də saat 3 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1974-cü il təvəllüdlü Sahib İbadovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Sahib İbadov ifadəsində deyib ki, hadisədən bir həftə əvvəl arvadı Tünzalə ondan ayrılmaq istədiyini bildirib. O, bunun səbəbini arvadından soruşduqda qadın artıq onu istəmədiyini söyləyib. Sonradan Tünzalənin xəyanət etdiyini düşünüb və onu öldürmək qərarına gəlib.

Poliqon.info 


Etiket: Hökm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar