Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olland Bakıda Leyla Yunus xahişini edib



Fransa prezidenti Fransua Ollandın İrəvanda “soyqırımı” mərasimlərində iştirakdan sonra Bakıya səfər etməsi diplomatik nöqteyi-nəzərdən qaçılmaz idi


Bu barədə Fransanın “Radio France İnternational” (RFİ) radiostansiyası bu ölkə prezidentinin Bakıya səfərini şərh edərkən bildirir.

Radiostansiya qeyd edir ki, Fransa Minsk Qrupunun həmsədridir və münaqişənin nizamlanması üçün vasitəçilik səyləri göstərir. Ötən il təmas xəttində şiddətli döyüşlərin getdiyi bir vaxtda Olland prezidentlər Əliyev və Sərkisyanın görüşünü təşkil edib.

“Yelisey sarayında deyirlər ki, hazırda münaqişə zonasında situasiya nisbətən stabildir, “proqres var”, ancaq vaxtaşırı olaraq atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Bu səbəbdən Fransa münaqişənin aktiv fazaya keçməməsi və böhrandan çıxış yolu tapılması üçün diplomatik səylər göstərir”- deyə radionun şərhində bildirilir.

RFİ F.Ollandın İrəvanda ErmənistanRusiya prezidentləri ilə keçirdikləri ikitərəfli görüşlərin əsas mövzusunun da Dağlıq Qarabağ münaqişəsi barədə olduğunu qeyd edir.

Bakıda isə Olland prezident İlham Əliyevlə bir neçə saat görüşüb, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı ikitərəfli münasibıtləri də müzakirə edib.

“Bu dəfə vətəndaş cəmiyyəti və müxalifətlə görüş nəzərdə tutulmamışdı. Yelisey sarayında əmin edirlər ki, Fransua Olland tərəfindən Azərbaycandan insan haqları sahəsində situasiya və insan haqları müdafiəçisi Leyla Yunusun taleyi barədə məsələ də qaldırılıb”- deyə RFİ bildirir.

Xatırladılır ki, Olland ötən ilin mayında Bakıya səfəri zamanı “Fəxri Legion” ordeninin kavaleri olan Leyla Yunusla görüşmüşdü. Lakin bir müddət sonra Leyla Yunus ağır ittihamlarla həbs edilib.

“Bu mövzu qaldırıldı. Lakin Fransa Respublikasının rəhbəri növbəti dəfə Azərbaycan hakimiyyətindən belə cavab eşitdi ki, məhkəmələr müstəqildir, onların qərarına müdaxilə edilməsi mümkün deyil və ölkədə siyasi məhbuslar yoxdur”- deyə RFİ bildirir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar