Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olimpiya medalı əlindən alınan azərbaycanlı idmançı apellyasiya şikayəti verəcək

Qazaxıstan millisində çıxış edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov olimpiya medalının əlindən alınması və 8 il müddətinə diskvalifikasiya olunması ilə bağlı apellyasiya şikayəti verəcək.

"Report"un məlumatına görə, bu barədə 29 yaşlı idmançı şəxsi instaqram hesabında bildirib.

Rəhimov bir çox suallar cavabsız qaldığı üçün qərarla qətiyyən razı olmadığını vurğulayıb: "Bu məsələdə ən dəhşətlisi odur ki, onlar olimpiada vaxtı göndərilən nümunəmlə bağlı heç bir sual olmadan mənim və Qazaxıstanın əsas mükafatı hesab edilən Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qızıl medalını əlimdən almaq istəyirlər".

Qeyd edək ki, Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.

Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Ən çox oxunanalar