Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NİİM yeni tədris ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib

Avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma və parklanma qaydalarına düzgün əməl etmək vacib şərtlərdəndir...

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib.

Mərkəzin rəsmisi Rauf Mirqulamov bildirib ki, sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqları yaxınlığında şəxsi minik avtomobillərinin park edilməsi və dayanma-durma qaydalarının pozulması halları digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə yaradır və yollarda sıxlığın yaranmasına səbəb olur:

"Məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün sürücülər Qanunun tələblərinə əməl etməlidirlər. Unutmayaq ki, yollarda hərəkət sıxlığı ictimai nəqliyyat vasitəsi ilə təhsil almağa gələn məktəblilər üçün də gecikmələrə səbəb olur. Buna görə avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma və parklanma qaydalarına düzgün əməl etmək vacib şərtlərdəndir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar