Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən özümü tapa bilmədiyim pyes və ssenariləri canlandırmaqdan imtina edirəm”



Bütün dünyada böyük səbirsizliklə gözlənilən “Təhqir” filminin əsas qəhrəmanlarından birini “Oskar”lı aktyor Al Paçino canlandırır


Rusiyada filmin premyerası baş tutacaq. Bu səbəbdən əfsanəvi aktyor Rusiyanın “Komsomolskaya Pravda” mətbu orqanına eksklüziv müsahibə verib.

PİA.AZ kult.az həmin müsahibəni təqdim edir:

– Siz həmişə ən yaxşı aktrisalarla birgə çalışmısınız. Gənc aktrisalardan hansının istedadı sizin xoşunuza gəlir?

– Cessika Çisteyn və Qreta Gerviq. Cessika mənim rejissoru olduğum “Salomeya” filmindəki rolu ilə diqqətimi cəlb edib. O, çəkilişə gələndə Cessikanı hələ heç kim tanımırdı. Aktyorluq studiyasından yeni məzun olmuşdu. Mən onu izlədim və gördüklərimə inanmadım. Prodüserə üz tutub dedim: “Bu, doğrudan, baş verir?” O isə cavabında mənə dedi: “Düşünürəm ki, hə”. Cessika vunderkind idi. O olmasaydı, “Salomeya”nın taleyi necə olacaqdı, bilmirəm. Mən həyatım boyu belə bir şey müşahidə etməmişəm. Ola bilər ki, Meril Strup cavanlığında məhz Cessika kimi olub. Qreta isə çox özünəməxsus və orijinal xanımdır. Mən bunu Qretanın “Təhqir” filmindəki möhtəşəm ifasına görə demirəm. O, sadəcə olaraq, heç kimə bənzəməyən şəxsiyyəti ilə insanı təəccübləndirir. Onu da qeyd etməliyəm ki, Qretanın “Təhqir” filmində canlandırdığı obraz, sanki, əyninə biçilib.

– Qazandığınız uğur sizin həyatınıza necə təsir göstərir?

– Uğur sadə bir şey deyil. Mən tez-tez bu haqda düşünürəm. O, əlbəttə ki, mənim həyatıma böyük təsir göstərib. Uğur sayəsində sən yaxşılıq və pislik qazanırsan, yaşamağı öyrənirsən, həyatını balanslaşdırırsan. Bu artıq klişedir. Sən birmənalı şəkildə özündən razı olursan, çünki milyonlarla insanın arzuladığı həyatı yaşayırsan. Və bununla yanaşı, əlbəttə ki, xoşagəlməz hallarla da qarşı-qarşıya qalırsan. Məsələn, mən Venesiyada gözəl bir yerdə oturub sizinlə söhbət edirəm və özümü bəxti gətirmiş  biri kimi hiss edirəm. Bu özü mənim üçün çox şey ifadə edir. Mənim “Təhqir” filmindəki qəhrəmanımın başına nə gəlir? O, işləmək və yaşamaq istəyini itirir. Bu, çox adamda baş verir. Mən bilmirəm, Şekspir nəyə görə əl saxladı, yazmadı. Bizə məlumdur ki, həyatının müəyyən dövründə o yazmamaq qərarına gəlir. Rembo 19 və ya 20 yaşında şeirlər yazmağı dayandırır. Biz bilmirik, insanlar bu həyat və yaradıcılıq eşqlərini niyə itirir. Mənim sözügedən filmdəki qəhrəmanım deyir ki, həvəsini itirib. Məncə, bu elə birbaşa arzulamağın sona çatması deməkdir. Əgər onu itirdinsə, bunu yaddan çıxart...

– Amma siz heç vaxt işləmək arzunuzu itirməmisiniz, düzdür?

– Hələ ki, yox. Qapıları döymək lazımdır! ( gülür )  Mən özümü xoşbəxt hiss edirəm. Çünki işləməkdən başqa, bir çox arzumu itirmişəm. Mən özümü tapa bilmədiyim pyes və ssenariləri canlandırmaqdan imtina edirəm. Mənim həvəsimi öldürə biləcək hər şeydən uzaq qaçıram. 

– O düzdür ki, siz öz adınızı “Sonni Skott” olaraq dəyişdirmək istəyirdiniz?

– Bəli. Və bu, çox vacib məqamdır. Əvvəllər Amerikada ad dəyişdirmək dəb idi. Təbii ki, əgər ad və soyadın yəhudi, italyan, ispan adıdırsa. Amerikalı italyanları filmlərə çəkmirdilər. Mənsə uşaq yaşlarımdan səhnələrdə çıxış edirdim. Yaxşı rolları ifa edə bilmək və ciddi rollar ala bilmək üçün adımı dəyişməli idim. İtalyan soyadı və adı Amerikada heç də xoş qarşılanmırdı. Bəlkə də, bu, İkinci Dünya müharibəsi ilə ya da immiqrasiya ilə bağlı idi. Mənim ailəm XX əsrin əvvəllərində Amerikaya köç edib. Mənim babam həmişə mənə bu köçün çətinliklərindən usanmadan danışırdı. Məşhur aktyorların çoxu ləqəblərdən istifadə edirdi: Toni Kerisin əsl adı Berni Şvartser idi. Yeri gəlmişkən, biz onunla əslən eyni şəhərdənik. Mən onu ilk gördüyümdə ona heyran olmuşdum! Və budur, mən 25 yaşım olanda aktyorluq studiyasında idim. Bizim dahi pedaqoqumuz Li Strasberq qəbul olunan gənclərin adını sadalayarkən dedi: “Bu isə bizim Al Paçinodur”. Həyatımda birinci dəfə idi ki, kimsə mənim soyadımı düz tələffüz edirdi! O günə qədər mənim soyadımdakı “ç” hərfini heç kim görməmişdi, sanki. Məni “Pikani”, “Pakuni”, “Pikeno” deyə çağırırdılar. Hətta məktəbdə təhsil alarkən belə, müəllimlərim soyadımı düzgün demirdilər. Mən məcbur olub onlara həmişə təkrar edirdim: “Paçino”, mənə “Paçino” deyin. Pa-çi-no”. Təəssüf ki, məktəb illərində bildiyimdən əmin olduğum tək şey bu idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəmə iclası keçirilib

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar