Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mer: Argentinalılar narazıdır, Miley yenidən seçilməyə bilər...

Bir çox argentinalı prezident Xavyer Mileyin siyasətindən narazılığını ifadə edir...

Poliqon xəbər verir ki, bunu Argentinanın Landetan şəhərinin meri Xuan Dominqo Bravo bildirib.

Onun sözlərinə görə, Mileyin vəzifəyə yenidən seçilmə ehtimalı azdır. BRICS Beynəlxalq Bələdiyyə Forumunda çıxış edən Bravo qeyd edib ki, dəyişiklik ərəfəsində seçilən Miley ölkədəki vəziyyəti yaxşılaşdıra bilməyib. Əksinə, onun hərəkətləri işçi sinfinə və Argentina sənayesinə ziyan vurur.

"Hazırkı prezidentin siyasəti davam edərsə, düşünürəm ki, o, yaxın gələcəkdə populyar olmayacaq. Bəli, o, yaxşı nəticə ilə qalib gəldi, lakin bu gün bir çox insanlar həyata keçirilən siyasətdən çox məyus olublar", deyə Bravo bildirib.

Avqust ayında Miley ölkəni yenidən qurmaq və 2027-ci il seçkilərində iştirak etmək planlarını açıqlayıb.

2023-cü ilin dekabrında Miley iqtisadiyyatın tənzimlənməsinin dayandırılmasına yönəlmiş 300-dən çox islahat haqqında fərman imzalayıb. Bu sənəd onun ölkənin inkişafı ilə bağlı baxışlarını əks etdirir. Bəzi müddəalar qanunlara çevrildi və iyun ayında parlament tərəfindən təsdiq edilib. İslahatlara dövlət şirkətlərinin özəlləşdirilməsi, qiymət tənzimlənməsinin ləğvi, əmək münasibətləri və vergi siyasətinə dəyişikliklər, xarici investisiyaların cəlb edilməsinə yeni yanaşma daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar