Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birgə istintaq qrupu yaradılmaqla ibtidai istintaq davam etdirilir....

Poliqon xəbər verir ki, bununla bağlı Baş ProkurorluqDövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, istintaqla Azərbaycan vətəndaşları - “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində axtarış elan edilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Rusiya hərbçiləri Zaporojyedə müəssisəni atəşə tutub, 3 mülki şəxs ölüb

Ən çox oxunanalar