Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək, yeniləri yaradılacaq

Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq...

Poliqon bildirir ki, bunu Trend-ə  özəl müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, peşə təhsili sistemi əmək bazarının tələblərinə digər təhsil pillələrindən daha çevik, daha tez reaksiya verir.

"Bunun baş verməsi üçün bir neçə vacib şərt var. Ən vacib şərt odur ki, peşə təhsili müəssisələri, agentlik olaraq, biz işəgötürənlərin tələblərini anlamalı, ehtiyaclarını duymalıyıq. Adətən, ölkədə əmək bazarında aparılan araşdırmalar, eyni zamanda, ölkənin növbəti 5-10 ildə iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq, yeni ixtisaslar təqdim etməyə başlayırıq. Həmçinin, bir çox hallarda sənayedə sektoral məlumatlar, işəgötürənlərin təklifləri əsasında yeni ixtisaslar üzrə tələbə qəbulu elan edirik.

Bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik. Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq. Bu səbəbdən peşə təhsili ixtisas təsnifatının dəyişdirilməsi istiqamətində fəaliyyətə başlamışıq. Gələn il peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatları təqdim ediləcək", - deyə C.Kərəmov bildirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Ən çox oxunanalar