Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Rusiya ilə məhbus mübadiləsinin təfərrüatlarını açmağı tələb edib

ABŞ-ın 45-ci prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin administrasiyasını Rusiya ilə məhbus mübadiləsinə görə tənqid edib...

Poliqon xəbər verir ki, Tramp özünün Truth Social sosial şəbəkəsində yazıbSabiq prezident sövdələşmənin təfərrüatlarını açıqlamağı tələb edib.

Rusiya ilə məhbus mübadiləsinin təfərrüatlarını nə vaxt açıqlayacaqlar? Biz və onlar nə qədər insan alırıq? Nağd pul ödəyirik? Onlar bizə nağd pul ödəyirlər? Gəlin bu sualı boş verək, çünki cavabın “yox” olacağına əminəm”, deyə Tramp yazıb.

Keçmiş prezidentin sözlərinə görə, Vaşinqton “xüsusilə məhbus mübadiləsi ilə bağlı heç vaxt yaxşı sövdələşmələr etməyib”.Tramp həmçinin hesab edir ki, amerikalı müzakirəçilər ölkəni rüsvay edir.

Xatırladaq ki, dünən, avqustun 1-də Ankara hava limanında yeddi ölkədən əsirlərin dəyişdirilməsi baş tutub. ABŞ, Almaniya, Norveç, Polşa və Sloveniyadan 10 nəfər Rusiyaya qayıdıb. Rusiya Federasiyası və Belarus 16 məhbusu Qərb ölkələrinə təhvil verib. Onların arasında ABŞ vətəndaşları, keçmiş dəniz piyadası Pol Uilan, The Wall Street Journal-ın jurnalisti Evan Qerşkoviç, “Azadlıq” radiosunun redaktoru Alsu Kurmaşeva, habelə siysətçi Vladimir Kara-Murza və digər Rusiya müxalifətinin nümayəndələri var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar