Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda iki gənc göldə boğularaq ölüb - Yenilənib, Foto

Naxçıvanda 2 tələbənin göldə boğularaq ölməsi faktı araşdırılır...

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Naxçıvan şəhəri ərazisində yerləşən "bazar gölü"ndə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

***

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulub.

Bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

Ən çox oxunanalar