Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2024”də qeydiyyat başa çatıb...

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, 7-ci dəfədir ki, təşkil ediləcək Bakı Marafonuna 15 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Marafonda 200-dən çox fəxri qonağın, 6 mindən çox tələbənin iştirakı gözlənilir.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıb.

Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Ən çox oxunanalar