Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - Yenilənib    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da y Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub...

AZƏRTAC xəbər verir ki, Annalena Berbok “Petersberq İqlim Dialoqu” çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd etdi. O, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu və mütəmadi əsasda məsləhətləşmələrin aparıldığını müsbət hal kimi qiymətləndirdi. Almaniyanın Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.

Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə bir daha təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi prosesi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib.

Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini qeyd etdi, bu görüş çərçivəsində aparılmış müzakirələrin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verdiyini bildirdi.

Dövlətimizin başçısı Almaniya xarici işlər nazirinin dəstəyi ilə ErmənistanAzərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını vurğuladı, bunun sülh müqaviləsi üzrə danışıqların irəli aparılması üçün vacib addım olduğunu dedi.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addım kimi qiymətləndirdi, regionda sabitliyin artıq təmin olunduğunu qeyd etdi.

Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyən Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinə sadiq olduğunu vurğuladı.

Dövlətimizin başçısı Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində növbəti görüşün Qazaxıstanda keçiriləcəyini dedi.

***

Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

***

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidentİlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

Bu barədə “Report”un Berlinə ezam edilmiş müxbiri xəbər verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar