Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə kütləvi şəkildə meyvə ağaclarını niyə kəsdilər? - Video

Tərtər rayonunun Seydimli kəndində ağaclar kütləvi şəkildə kəsilib...

Sakinlər bildirirlər ki, ərazidə olan çox sayda meyvə və şam ağacı ağır texnikalar vasitəsilə kəsilərək yandırılıb.

“Tut, gilas kimi meyvə ağacları əkmişdik. Dedilər ki, buranı alıblar. Dillənsəniz, sizi də çölə çıxararıq”, - deyə sakin qeyd edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır:

“Bu il aprelin 3-də Seydimli kənd orta məktəbi yaxınlığında həmin kənd sakini Akif Mənsim oğlu Ələkbərov tərəfindən biri quru olmaqla ümumilikdə dörd ağacın qanunsuz götürülməsi faktı aşkarlanıb. Məsələ ilə bağlı akt və adıçəkilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb. Həmçinin məhv edilmiş yaşıllıqların bərpa edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinə müraciət olunub”.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları protokol tərtib edib. Ağacları kəsən şəxsin kimliyi məlumdur. Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar