Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda traktorla yük maşını toqquşub, ölən və xəsarət alanlar var - Foto, Yenilənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Poliqon FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək irəlidə hərəkət edən “Belarus” markalı nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına aşıb və yük avtomobilindəki sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan Lənkəran rayonu, Göyşaban kənd sakini Abbasov Samir Yusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Bu gün Lənkəranda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda baş verən yol qəzasında ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinın içində qalan S.Abbasov xilasedicilər tərəfindən yük maşınından çıxaraq aidiyyəti üzrə təhvil verilib. Xəstəxanada onu xilas etmək mümkün olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Poliqon nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək qarşısında hərəkət edən “Belarus” markalı traktora çırpılaraq yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Lənkəranda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda "Hyundai" markalı yük avtomobili "Belarus" markalı traktorla toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1986-cı il təvəllüdlü Amil Möhübbət oğlu Qafarov, 1982-ci il təvəllüdlü Elməddin Rəfael oğlu Cavadov və 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri ağır olan E.Cavadov və S.Abbasov reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 171 km-də qeydə alınıb. Qəzada yol kənarındakı mühafizə hasarına da ciddi ziyan dəyib.

***

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hadisə yerinə FHN-nin Lənkəran Yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yük maşınında sıxılıb qalan bir nəfər xilas olunub.

Qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar