Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu 7 könüllünün ölümü ilə nəticələnən hücumu səhv adlandırıb

İsrail Müdafiə Qüvvələri (IDF) qeyri-kommersiya təşkilatı olan World Central Kitchen (WCK) ilə yeddi könüllünün ölümünə səbəb olan Qəzza zolağına zərbə endirməsi səhv identifikasiyaya görə baş verdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə İDF Baş Qərargahının rəhbəri Herts Halevi bildirib.

“Aydın demək istəyirəm ki, zərbə yardım işçilərinə zərər vermək məqsədi ilə həyata keçirilməyib. Bu, səhv identifikasiyadan sonra yaranan bir yanlışlıqlar nəticəsində baş verib. Bu baş verməməli idi”, deyə Halevi IDF Telegram kanalında yayımlanan videomüraciətində bildirib.

Baş Qərargah rəisi vurğulayıb ki, İsrail Silahlı Qüvvələri insidentin bütün hallarını müəyyən etmək üçün hərtərəfli araşdırma aparır. O, qeyd edib ki, İsrail “çətin şəraitdə yaxşı işlər görən” WCK işçilərinin əməyini yüksək qiymətləndirir.

Qeyd edək ki, World Central Kitchen 2010-cu ildə aşpaz və restorançı José Andrés tərəfindən təbii və ya digər fəlakətlərə məruz qalan insanları qida ilə təmin etmək üçün humanitar layihə kimi təsis edilib. İsraillə HƏMAS arasında müharibə başlayandan sonra təşkilat Kiprdən dəniz yolu ilə humanitar yüklərin çatdırılmasına qoşulub.

“World Central Kitchen” nəşrinin məlumatına görə, aprelin 2-nə keçən gecə İsrailin hücumu zamanı həlak olan 7 nəfərin arasında Avstraliya, Britaniya, Polşa, Fələstin vətəndaşları, ABŞ və Kanadanın ikili vətəndaşı da var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar