Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haitinin Baş naziri paytaxtın bir hissəsinin quldurların ələ keçməsi səbəbindən istefa verib

Haitinin Baş naziri Ariel Henri quldur dəstələrinin paytaxt Port-o-Prinsin çox hissəsini ələ keçirməsi və hökumət binalarına hücum etməsindən sonra istefa verib...

Poliqon The Associated Press Agentliyinə xəbər verir ki, bu barədə Qayana prezidenti İrfaan Əli Yamaykada Karib İcması (CARICOM) ölkələrinin nümayəndələri arasında danışıqların yekunu üzrə mətbuat konfransında məlumat verib.

İrfaan Əlinin verdiyi məlumata görə, Ariel Henri “keçid prezident şurası yaradıldıqdan və müvəqqəti Baş nazir təyin edildikdən sonra” istefa verəcək. Henrinin müşaviri Jan Junior Jozef CNN ilə söhbətində Baş nazirin istefasını təsdiqləyib. Müşavir vurğulayıb ki, səlahiyyət müddəti başa çatan Baş nazir müvəqqəti hökumət qurulana qədər vəzifəsində qalacaq.

Qeyd edək ki, Baş nazir Ariel Henri geniş yayılmış quldur dəstələrinin ölkədə hava limanlarını ələ keçirməsindən sonra Keniya səfərindən Haitiyə qayıda bilməyib. ABŞ Dövlət Departamentinin məlumatına görə, Haitinin Baş naziri Puerto Rikoda (ABŞ) səfərdədir. Bir ABŞ rəsmisinin France Press Agentliyinə deyib ki, Ariel Henri “böhranı yumşaltmaq üçün” ölkədə qala bilər.

25 ölkəsin regional bloku olan CARICOM martın 12-də Yamaykanın paytaxtı Kinqstonda Haiti ilə bağlı toplantı keçirib. Danışıqlar ərəfəsində ölkənin ən quldur güclü dəstəsinin lideri sayılan Cimmi Çerizier jurnalistlərə bildirib ki, beynəlxalq ictimaiyyət indiki yolu ilə davam edərsə, bu, Haitini daha çox xaosa sürükləyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar