Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıb

Avropa İttifaqı (Aİ) və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıblar. Diplomatlara respublikada cinayət işləri üzrə qiyabi məhkum olunmuş keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Berlin və Brüsselə səfərindən narahatlıq ifadə olunub.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib. Onlara Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışda olan Zurab Adeişvilinin Aİ və Almaniyaya səfərlərində iştirakı ilə əlaqədar gürcü tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb.

Səfirlərə izah edilib ki, Adeişvili bir neçə səs-küylü cinayət işində təqsirli bilinib.

“Hərəkətləri demokratiyaya və qanunun aliliyi prinsiplərinə qarşı yönəlmiş şəxsin Aİ-yə rəsmi səfərlərdə iştirak etməsi təəssüf doğurur. Bu, təbii olaraq gürcü cəmiyyətində narahatlığa səbəb olur və anti-Qərb təbliğatına qarşı effektiv mübarizəyə töhfə vermir”, - deyə XİN-dən əlavə edilib.

Görüşdə gələcəkdə Aİ-nin və icmaya üzv ölkələrin belə faktlara layiqli reaksiya verəcəyinə ümidvar olduqları bildirilib. Səfirlər, öz növbəsində, respublikanın Aİ-yə sonrakı inteqrasiyası üçün Gürcüstanla həm birtərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər.

Bundan əvvəl Gürcüstan İctimai Televiziya kanalında Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Ukraynaya uzaqmənzilli raketlərin ötürülməsi məsələsini müzakirə edildiyi Almaniya parlamentində görüntüləri nümayiş olunub. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili, eləcə də Gürcüstan hökumətinin digər nümayəndələri baş verənlərə görə Berlini tənqid edib və izahat tələb ediblər.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Ən çox oxunanalar