Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya 77 ildən sonra rəsmən ordu yaratmaq niyyətindədir

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) bu il konstitusiyaya yenidən baxılması ilə bağlı referendum keçirmək istəyir...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə hakim partiyanın martın 17-də keçiriləcək qurultayında təsdiqlənməsi gözlənilən fəaliyyət proqramının layihəsində deyilir. Bu layihəyə görə, hakim partiya konstitusiyaya ölkənin silahlı qüvvələrinin qanuniliyi ilə bağlı müddəanı daxil etmək niyyətindədir.

Xatırladaq ki, Yaponiyanın hazırkı konstitusiyası 1947-ci ildə Tokionun İkinci Dünya Müharibəsində məğlubiyyətindən sonra qəbul edilib və o vaxtdan bəri heç bir dəyişiklik edilməyib. Mpvcud konstitutsiyanın doqquzuncu maddəsi ölkənin hərbi potensiala malik olmasını, ordu, hava qüvvələri və donanma yaratmasını qadağan edir. Lakin Yaponiyada hələ 1954-cü ildə formal olaraq ordu sayılmayan Özünümüdafiə Qüvvələri yaradılıb.

Bu ziddiyyəti həll etmək üçün LDP ardıcıl olaraq Doqquzuncu Maddənin dəyişdirilməsinin tərəfdarıdır. Hakim partiyanın fəaliyyət proqramının layihəsində deyilir: “Konstitusiyaya yenidən baxılması üçün biz bu il ərzində referendum keçirməklə xalqın fikrini öyrənməyə çalışacağıq”.

Bunun üçün deputatların üçdə ikidən çoxunun səs verməli olduğu müvafiq qətnamənin parlamentdə təsdiqlənməsi nəzərdə tutulur. LDP bu qədər səsi təmin edəcəyinə əmindir. Referendumda qərar qəbul etmək üçün sadə səs çoxluğu tələb olunur və bu günə qədər Yaponiyada heç vaxt milli səviyyədə rəy sorğusu keçirilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar