Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qədim Bakı adətləri: Bakılılar hamamda nəyi qadağan etdilər? - VİDEO  

İki əsr bundan əvvəl köhnə Bakını hamamsız təsəvvür etmək olmazdı.

Hətta hamam cəhətdən Bakını Romanın xələfi də saymaq olar. Bakıdakı ilk hamam 14-cü əsrdə Nardaranda mövcud olsa da, hamama getmək adəti daha çox 18-19-cu əsrlərdə yayılmışdı.

Bakılılar hər dəfə fərqli hamamlara getməzdi, hər bakılının daim getdiyi bir hamam olardı. Ağa Mikayılın, Hacı Qaibin, Qasım Bəyin hamamları 19-cu əsrin məşhur hamamları idi. Hamam insanların həm də əyləncə yeri idi. Eyni zamanda hamamlarda bərbərlər də fəaliyyət göstərirdilər.

Bakıda hamam binası əsasən iki hissədən ibarət idi: bayır və içəri hissələr. Bayır hissə soyunub-geyinmək üçün, içəri hissə isə çimməkdən ötrü idi. Hamamın suyu odun, ya da neftlə isidilirdi. İçəridə iliq su ilə dolu hovuz olardı. Kisələnəndən sonra insanlar bu hovuza girib yaxalanardılar. Müasir hamamlardakı VİP kabinələr kimi, əvvəllər hamamda xəlvəti hovuzlar olurdu. Orada təkcə şəhərin varlı şəxsləri çimərdi.

Hamamlarda çılpaq yuyunmaq qadağan idi. Soyunandan sonra cumadar adlandırılan hamam xidmətçisi hərəyə bir fitə verərdi. Yalnız fitəyə büründükdən sonra çimməyə icazə verilərdi. Cumadarlar varlılara ipək, kasıblara isə iplikdən tikilmiş fitə verərdi.
Ətraflı

Köhnə Bakıda mövcud olan və indi də qalan adətlərdən biri toy hamamı anlayışıdır. Toydan bir gün qabaq bəy öz dostlarını hamama dəvət edər və hamam pulunu özü ödəyərdi. Bu adət "O olmasın, bu olsun” filmində də göstərilir. Həmin filmin hamam səhnəsi "Ağa Mikayıl” hamamında çəkilmişdi. İndiyədək insanlar "Ağa Mikayıl” hamamına "Məşədi İbad” hamamı deyirlər.

Kişilərin və qadınların hamam günləri ayrı idi. Kişilərə nisbətən qadınların hamam günü daha səs-küylü keçərdi. Çünki qadınlar öz uşaqlarını da hamama gətirərdilər. Arvad yengələri bütün günü hamamda düşüb qalardılar. Onlar övladlarına qız axtaran adamların pulu ilə çimərdilər. Peşələri gizli-gizli qızlara göz qoymaq idi. Cavan gəlinlər öz paltarlarını nümayiş etdirmək üçün zərbaftalı don geyinib bəzənərdilər, ən bahalı qızıllarını taxıb nümayiş etdirərdilər. Bütün bunlar "Qanun naminə” filminin hamam səhnəsində göstərilir.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar