Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı həkim nüfuzlu beynəlxalq mükafat və ordenə layiq görülüb

Tanınmış həkim, plastik cərrahiyyə və psixologiya üzrə fəlsəfə doktoru, professor Mirəzim Zaidov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (Türkiyə) Atatürk Beynəlxalq Mükafatı və Avropa Akademiyasının (Almaniya) "Şərəf Ordeni” ilə təltif edilib...

Azərbaycanlı həkim bu nüfuzlu mükafat və ordenə peşəkar tibbi fəaliyyətinə və səmərəli ictimai xidmətlərinə görə layiq görülüb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının rəsmi nümayəndələrinin də iştirakı ilə keçirilən mərasimdə fəxri mükafatları professor Mirəzim Zaidova hər iki Akademiyanın ölkəmizdəki rəsmi təmsilçisi, professor Elçin İsgəndərzadə təqdim edib.

Tədbirə qatılan görkəmli ictimai-siyasi xadimlər, həkimlər və ziyalılar Mirəzim həkimin uğurlu həyat yolundan, tibbi nailiyyətlərindən və vətəndaşlara ən müasir tibbi xidmətlər göstərməsindəki fədakar əməyindən danışıb, insanlara şəfa və sağlamlıq bəxş etmək kimi şərəfli missiyasında ona müvəffəqiyyətlər arzulayıblar.

Təqdimatın sonunda çıxış edən Mirəzim Zaidov fəaliyyətinə verilən yüksək qiymətə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına və Avropa Akademiyasına minnətdarlığını ifadə edib, təltif olunduğu çoxsaylı fəxri ad, orden və medallar arasında bu mükafatların xüsusi yer tutduğunu bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar