Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın vasitəçilik israrı və gözlənilən Brüssel müzakirələri... - Vasitəçilər sülh prosesinə müsbət impuls verə bilərmi?..

Münhendəki görüşdən sonra Rusiya XİN Azərbaycan səfirini dəvət edərək Moskvada üçtərəfli görüşün keçirilməsini istəyib...

Politoloq: “Münhen Təhlükəsizlik Konfransında keçirilən görüşlər, aparılan danışıqlar Cənubi Qafqazda sülh və nizamlanma prosesini də əhatə etdi”.

“Ötən illərdə gördüklərimiz və təcrübə də göstərir ki, Rusiya Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdən öncə özü üçün bir görüş imkanı əldə edir. Rusiya çalışır ki, Brüsseldə keçirilən görüşdən öncə maraqlarının təmin olunması ilə bağlı masada varlığını sübut etsin, fikirlərini bölüşsün və ümumi prosesə təsir edə bilsin”.

Bu sözləri politoloq İlyas Hüseynov AzərbaycanErmənistan arasında danışıqların aparılmasında Moskvanın israrla görüş təşkil etmək istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Şarl Mişel yaxın günlərdə İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyir. Demək olar ki, Almaniya kansleri Olaf Şolstun Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb. Bundan başqa, Münhendəki görüşdən sonra Rusiya XİN Azərbaycan səfirini dəvət edərək Moskvada üçtərəfli görüşün keçirilməsini istəyib.

Moskvanın bu israrı qarşısında AzərbaycanErmənistan liderlərinin yeni Brüssel müzakirələrinin baş tutacağına inanmaq olar? Ümumiyyətlə, ikitərəfli formatdan yenidən üçtərəfli formata qayıdış danışıqlara müsbət impuls verə bilərmi?

AzərbaycanErmənistan arasında gedən prosesləri Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Münhen görüşləri Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilməsi vəd olunan prosesi bir qədər də sürətləndirdi. Böyük ehtimalla bu görüş keçiriləcək”.

AzərbaycanErmənistan arasında gündəliyin ikitərəfli olmalı olduğunu vurğlayan politoloq Poliqon-a bildirib ki, bu çox mühüm yanaşmadır:

“Qeyd edim ki, Münhen Təhlükəsizlik Konfransında keçirilən görüşlər, aparılan danışıqlar Cənubi Qafqazda sülh və nizamlanma prosesini də əhatə etdi. ABŞ dövlət katibi Entoni Blinken və Almaniya kansleri Olaf Şolstla təmaslar həm də Cənubi Qafqazda dayanıqlı təhlükəsizliyin və sabitliyin qorunmasına yönəlib. Əlbəttə ki, burada Kollektiv Qərb öz maraqlarını güdür və Rusiyaya qarşı müqavimətini də davam etdirir. Məlumdur ki, qlobal miqyasda böyük bir savaş açılıb və bu savaşın yan təsirləri Cənubi Qafqazda da özünü göstərməkdədir.

Xüsusilə vurğulamaq lazımdır ki, Münhendən öncə də Şarl Mişel cənab prezident İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi haqqında məlumatlar yayılırdı. Münhen görüşləri Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilməsi vəd olunan prosesi bir qədər də sürətləndirdi. Böyük ehtimalla bu görüş keçiriləcək.

Amma ötən illərdə gördüklərimiz və təcrübə də göstərir ki, Rusiya Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdən öncə özü üçün bir görüş imkanı əldə edir. Rusiya çalışır ki, Brüsseldə keçirilən görüşdən öncə maraqlarının təmin olunması ilə bağlı masada varlığını sübut etsin, fikirlərini bölüşsün və ümumi prosesə təsir edə bilsin. İstisna olunur ki, Brüsseldən öncə Rusiyanın vasitəçiliyini ilə görüş keçirilə bilər. Rusiyanın israrı da bunu göstərir.

İlyas Hüseynov: “Rusiya da danışıqlarda birbaşa vasitəçi kimi yox, məhz danışıqlarda iştirakçı kimi özünü göstərə bilər”.

Əsas məsələ bundan ibarətdir ki, AzərbaycanErmənistan arasında gündəlik ikitərəfli olmalıdır. Bu çox mühüm bir yanaşmadır. Vasitəçilər olmadan ümumi danışıqlar yolu ilə razılıqların əldə olunması sülhün daha etibarlı olmasına gətirib çıxara bilər. Olaf Şolstun Münhendəki görüşündə biz müşahidə etdik ki, giriş nitqini cəmi 10 dəqiqə söylədikdən sonra otağı tərk etdi və Azərbaycan-Ermənistan nümayəndə heyətləri birbaşa danışıqlar prosesinə keçdi. Düşünürəm ki, bu çox effektiv modeldir.

Rusiya da danışıqlarda birbaşa vasitəçi kimi yox, məhz danışıqlarda iştirakçı kimi özünü göstərə bilər. Bu yanaşmanın özü də sülhə xidmət edəcək. Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə biz bunu müşahidə etdik. Ayaqüstü də olsa, AzərbaycanErmənistan lideri söhbət etdi.

Düşünürəm ki, birbaşa danışıqlar ümumi nəticəyə gəlməyə dəstək olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib    

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar