Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 8 mlrd. dolları ötüb

2023-cü il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ilə ticarət dövriyyəsi 8 mlrd. 208.4 mln. ABŞ dolları təşkil edib...

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 23.7% və ya 1 mlrd. 573,7 milyon ABŞ dolları artıb. 2022-ci ildə ölkənin TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 6 milyard 634.7 milyon dollar təşkil edib.

Hesabat dövründə TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16%-nə bərəbər olub.

Qeyd edək ki, ötən il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 31% artaraq 7 milyard 650.6 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 6 dəfə artaraq 64.9 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 47.5% azalaraq 314.1 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2.5% azalaraq 178.8 milyon dolara bərabər olub.

2023-cü ildə Azərbaycan Türkiyəyə 783.9 milyon dollar, Qazaxıstana 95 milyon dollar, Qırğızıstana 59.3 milyon dollar, Özbəkistanda isə 44 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar