Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər tutuldular

Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar.

R.Paşayevin idarə etdiyi VAZ-21074 markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. R.Paşayev və D.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar