Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib - Fotolar

6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi, BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığı, Milli İnsan Haqları İnstitutlarının Qlobal Alyansı, BMT`nin İnkişaf Proqramı Ofisi (UNDP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ərəb Dövlətləri Liqasının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib.

Bu barədə konfransda iştirak edən Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı məlumat verib.

F.Şahbazlı bildirib ki, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Jassim Əl Thani`nin himayəsi ilə baş tutan konfrans “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) mövzusunda keçirilib. Beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Konfranda çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin prezidenti Məryəm bint Abdullah Al Attiya konfrans iştirakçılarını salamlayaraq, dünyada insan haqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin zəruriliyinə diqqət çəkib, qlobal ərzaq böhranının müzakirəsinə və qida ədalətinə həsr olunmuş bu konfransın əsas amalının dünyadakı bütün insanlara layiqli həyat təmin etmək olduğunu bildirib.

Baş redaktor bildirib ki, konfransda çıxış edənlər dünyadakı qida təhlükəsizliyi məsələsinə diqqət çəkərək, beynəlxalq təşkilatların və dövlətlərin bu sahədə əməkdaşlığının zəruriliyini vacib sayıblar.

Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Hassan Al Camali milli insan haqları institutlarının Qətərdə bir araya gəlmələrini önəmli hadisə olaraq, xarakterizə edib və konfrans çərçivəsində aparılan müzakirələrin və alınan qərarların yaxın gələcək üçün faydalı olacağını bildirib.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay