Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Aİ-ni Ukrayna üçün Amerika silahlarının pulunu ödəməyə məcbur edə bilər

ABŞ-da Konqresin ikitərəfli sövdələşməni razılaşdıra bilməməsi fonunda Ukraynaya silah tədarükünün mümkünlüyü ilə bağlı müzakirələr gedir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzetinin məlumatında bildirilir. Qəzetin mənbələrinin verdiyi məlumata görə, digər məsələlərlə yanaşı, üçüncü ölkələrlə hərtərəfli silah mübadiləsi müzakirə olunur.

“Bundan əlavə, Birləşmiş Ştatlar Avropa ölkələrini Amerika silahlarının pulunu ödəməyə və onları Ukraynaya tədarük etməyə məcbur edə bilər”, deyə mənbələr qeyd edib.

Ukraynaya birbaşa silah ixrac etməkdən rəsmən imtina edən Yaponiya və Cənubi Koreyanın timsalında da hərtərəfli silah mübadiləsi aparıla bilər. Amerika arsenallarından Ukraynaya silah tədarükünü kompensasiya etmək üçün ABŞ bu ölkələrdən silah ala bilər.

NYT-nin məlumatına görə, Vaşinqton etiraf edir ki, üfüqdə ABŞ-ın Konqresdə razılaşdırıla bilməyən 60 milyard dollarlıq yardımına uyğun gələn heç bir şey yoxdur. Qəzetə danışan avropalı diplomatlardan birisual edib ki, ABŞ həqiqətən də NATO ərazisinin “hər qarışını” müdafiə etməyə hazırdırsa, onda necə oluer ki, respublikaçılar Trampın göstərişi ilə Ukraynaya yardımı dayandırırlar.

Qeyd edək ki, dünən, fevralın 7-də ABŞ Senatında Ukrayna, İsrailə 118 milyard dollarlıq yardım və ABŞ-ın cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün ikitərəfli saziş yenidən razılaşdırımayıb. Respublikaçılar son nəticədə qanun layihəsini dəstəkləməyiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar