Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı... - Bu tərəfdaşlıq Azərbaycana necə təsir edəcək?

Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə  strateji tərəfdaşlıq haqqında saziş imzalayıb...

Politoloq: “Gürcüstanın son zamanlarda sərgilədiyi mövqe çox təəsüflər olsun ki, uzun illər Azərbaycanla davam edən ikitərəfli əlaqələrin zədələnməsinə xidmət edir”.

“Gürcüstanın niyyəti regionda hər iki dövlətdə maksimum şəkildə qazanmağa çalışmaqdır. Təbii ki, belə olmaz. Rəsmi Bakı Tiflisə bununla bağlı narazılığını ifadə etməlidir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın Baş nazirinin Gürcüstana səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə Tbilisidə strateji tərəfdaşlıq haqqında saziş imzaladı. Bu sazişin Azərbaycan üçün hansı təsirləri ola bilər? Yəni Ermənistan-Gürcüstan sətaretji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallar yaratmayacaq?

Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Gürcüstan hökumətinin bu cür davranışına, strateji silahların Ermənistana keçməsinə şərait yaradılması haqqında müqavilə imzalanmasına, Ermənistanı özünün strateji tərəfdaşı elan etməsinə göz yuma bilmərik”.

Azərbaycanın icra etdiyi regional lahiyyələrdən ən çox qazanın Gürcüstan olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, buna rəğmən Qaribaşvili hökumətinin bu cür davranışı böyük təəsüf doğurur:

“Gürcüstanın son zamanlarda sərgilədiyi mövqe çox təəsüflər olsun ki, uzun illər Azərbaycanla davam edən ikitərəfli əlaqələrin zədələnməsinə xidmət edir. Gürcü hökuməti əvvəl AzərbaycanErmənistan arasında tərəfsiz qalmağa çalışırdı. Baxmayaraq ki, Azərbaycanın Gürcüstanda böyük enerji lahiyyələri var, Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük yatırımlar edib, biz hardasa Gürcüstanın bu bitərəfliyini anlayırıq.

Ancaq müharibə sonrası “Gürcü Arzusu” hökuməti özünə tərəf seçməyə çalışır. Baş Nazir İrakli Qaribaşvili Azərbaycana səfəri zamanı bir şey, Ermənistana səfəri zamanı başqa şey danışır. Gürcüstanın niyyəti regionda hər iki dövlətdə maksimum şəkildə qazanmağa çalışmaqdır. Təbii ki, belə olmaz. Rəsmi Bakı Tiflisə bununla bağlı narazılığını ifadə etməlidir. Azərbaycanın icra etdiyi regional lahiyyələrdən ən çox qazanan Gürcüstandandır. Buna rəğmən Qaribaşvili hökumətinin bu cür davranışı böyük təəsüf doğurur.

Zeynal Əmrəliyev: “İnanıram ki, Qaribaşvili hökuməti etdiyi bu səhvi başa düşəcək və qısa zamanda bunu düzəltmək üçün əməlli addımlar atacaq”.

Azərbaycan Tiflisə hər zaman önəm verib. Hətta Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün danışıqlar yeri kimi Tiflisin seçilməsi üçün dəfələrlə təşəbüslərimiz olub. Ayrıca, hər zaman Gürcüstan hökumətinin aparmağa çalışdığı bitərəflik siyasətinə də hörmətlə yanaşmışıq. Ancaq Gürcüstan hökumətinin bu cür davranışına, strateji silahların Ermənistana keçməsinə şərait yaradılması haqqında müqavilə imzalanmasına, Ermənistanı özünün strateji tərəfdaşı elan etməsinə göz yuma bilmərik.

Yəqin ki, Bakıdan Tiflisə bununla bağlı narahatlıq ifadə olunacaq. İnanıram ki, Qaribaşvili hökuməti etdiyi bu səhvi başa düşəcək və qısa zamanda bunu düzəltmək üçün əməlli addımlar atacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar