Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin sonunda İsrailin də tanıdığı Fələstin dövləti yaranacaq?

ABŞ Dövlət Katibi deyib ki, İsrailin tam təhlükəsizliyi üçün Fələstin dövlətinin yaradılmasına ehtiyac var...

Siyasi-analitik: “Prespektivdə belə bir ssenarinin baş tutması və Fələstin dövlətinin yaranması mümkündür. Amma bu o şərtlər daxilində olacaq ki, İsrailin təhlükəsizliyi tam təmin olunacaq”.

“Fələstin dövlətinin də yaranması o deməkdir ki, artıq tərəflər bir-birlərini tanıyacaqlar və Fələstin də başa düşəcək ki, öz daxilində hansısa ikinci tərəfə yer yoxdur. Yəni HƏMAS-a yer yoxdur. Amma Fələstinin bunu qəbul edəcəyi sual altındadır”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Fələstin dövlətinin yaradılması təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İsrailin tam təhlükəsizliyi üçün Fələstin dövlətinin yaradılmasına ehtiyac var və fələstinlilər bu dövlətin effektiv funksionallığı üçün İsrail dövləti ilə işləməyi bacarmalıdır.

Bəs, hazırkı münaqişənin sonunda İsrailin də tanıdığı Fələstin dövləti yaranacaq? Ümumiyyətlə, İsrail-Fələstin münasibətlərinin sivil məcraya yönəlməsi mümkün görünür?

İndiki Fələstin-İsrail münasibətlərini Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Bu müharibənin yaxın vaxtda başa çatacağını düşünmürəm, müharibə uzanacaq. Çünki müharibədə maraqları olan üçüncü qüvvələr var”.

Bir çox ölkələrin proseslərdən öz maraqları çərçivəsində istifadə etməyə çalışdıqlarını vurğulayan analitik Poliqon-a açıqlamasında qeyd edib ki, bu da vəziyyəti daha da gərginləşdirir:

“Prespektivdə belə bir ssenarinin baş tutması və Fələstin dövlətinin yaranması mümkündür. Amma bu o şərtlər daxilində olacaq ki, İsrailin təhlükəsizliyi tam təmin olunacaq. Bu isə o deməkdir ki, İsrailin terrorçu adlandırdığı, tanıdığı HƏMAS, Hizbullah kimi təşkilatlar tamamilə öz fəaliyyətlərini dayandırmalıdır. Bu da öz növbəsində o deməkdir ki, Fələstin HƏMAS-ın, Livan da Hizbullahın fəaliyyətinə mane olmalıdır. Yəni ya həmin dövlət özləri İsrailin təhlükəsizliyi təmin etməlidir, ya da İsrail öz təhlükəsizliyini təmin edib terrorçu adlandırdığı təşkilatlarla mübarizə aparmalıdır.

Yalnız bu olandan sonra Fələstin dövləti yarana bilər. Fələstin dövlətinin də yaranması o deməkdir ki, artıq tərəflər bir-birlərini tanıyacaqlar və Fələstin də başa düşəcək ki, öz daxilində hansısa ikinci tərəfə yer yoxdur. Yəni HƏMAS-a yer yoxdur. Amma Fələstinin bunu qəbul edəcəyi sual altındadır. Çünki İsrail HƏMAS-ı terrorçu kimi qəbul etsə də, Fələstin HƏMAS-ın onların bir hissəsi olduğunu deyir. Fələstin dövlətinin yaranmasına mane olan əsas məsələ məhz HƏMAS-ın mövcudluğudur.

Kənan Novruzov: “Fələstin dövlətinin yaranmasına mane olan əsas məsələ məhz HƏMAS-ın mövcudluğudur”.

Hazırda müharibə İsraillə Fələstin arasında yox, İsraillə HƏMAS arasında gedir. Bu müharibənin yaxın vaxtda başa çatacağını düşünmürəm, müharibə uzanacaq. Çünki müharibədə maraqları olan üçüncü qüvvələr var. Bunlar ABŞ, İran, Fransa, Rusiya, Türkiyədir. Bu ölkələrin hər biri hazırda davam edən prosesə öz maraqları kontekstindən yanaşırlar. Onlar proseslərdən öz maraqları çərçivəsində istifadə etməyə çalışırlar. Bu da vəziyyəti daha da gərginləşdirir.

Onu da qeyd edim ki, İsrailin mövqeyi də kifayət qədər aydın və radikaldır. İsrail HƏMAS ləğv olunana qədər müharibənon davam edəcəklərini bildirib. Buna görə də, düşünürəm ki, müharibə uzun çəkəcək və getdikcə genişlənəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ən çox oxunanalar