Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin koronavirus haqqında əsas məlumatları gizlədib...

Çinli bir tədqiqatçı, Pekinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) virusla bağlı rəsmi xəbərdarlıq etməsindən iki həftə əvvəl, 2019-cu ilin dekabrında ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) məlumat bazasına COVİD-19 koronavirusunun ardıcıllığını daxil edib...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazıb.

ABŞ Səhiyyə Nazirliyinin Nümayəndələr Palatasının komitəsi tərəfindən əldə etdiyi sənədlərdən belə çıxır ki, dekabrın 28-də Pekindən olan çinli tədqiqatçı Lili Ren virusun strukturunun demək olar ki, tam ardıcıllığını ABŞ hökumətinin məlumat bazasına yükləyib. O dövrdə Çin rəsmiləri hələ də açıq şəkildə Vuhan epidemiyasını "naməlum mənşəli" viral pnevmoniya kimi təsvir edirdilər və COVİD-19 ilk yayılmalarından birinin yeri olan Vuhanda dəniz məhsulları bazarını hələ bağlamamışdılar.

WSJ qeyd edir ki, ÜST-ün xəbərdarlığında iki həftəlik boşluq Pekinin koronavirus haqqında əsas məlumatları gizlətdiyi iddialarını dəstəkləmək üçün ortaya çəxəb.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 10 Yanvar 2020-ci ildə Renin təqdim etdiyi ardıcıllıqla demək olar ki, eyn" ardıcıllığı dərc edib.

Kent Universitetinin tədqiqatçıları əvvəllər belə nəticəyə gəliblər ki, Çində ilk koronavirus infeksiyası hadisəsi 2019-cu ilin oktyabr ayının əvvəli və noyabr ayının ortaları arasında, ilk rəsmi “Covid” xəstəsinin Vuhanda bildirilməsindən həftələr əvvəl baş verib.

Alimlər ilk yoluxmanın ən çox ehtimal olunan tarixini 17 noyabr 2019-cu il adlandırıblar. Çində ilk rəsmi COVID-19 hadisəsi 2019-cu ilin dekabrında bildirildi və dəniz məhsulları bazarı ilə əlaqələndirildi. Bununla belə, bundan əvvəl baş verən halların bazarla əlaqəsi yoxdur, britaniyalı alimlər hesab edirlər.

ÜST-Çin birgə araşdırması koronavirusun yarasalardan insanlara başqa bir heyvan vasitəsilə ötürülməsini ən çox ehtimal olunan ssenari adlandırır. Elm adamları virusun yarasalardan insanlara birbaşa ötürülməsini daha az ehtimal olunan bir seçim hesab ediblər. Alimlər həmçinin virusun laboratoriyadan sızmasının “çox az ehtimal” olduğu qənaətinə gəliblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar