Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Baş katibi: Qəzzada olduğu kimi Livanda da gərginliyə yol verə bilmərik

BMT-nin Baş katibi Antonio Quterreş Livanda vəziyyətin gərginləşməsi ilə bağlı böyük təhlükənin olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki. Baş katib bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. Quterreş qeyd edib ki, Qəzza zolağında hərbi əməliyyatlara bənzər vəziyyətin Livanda təkrarlanmaması üçün hər şey edilməlidir.

“Qəzzada münaqişə nə qədər uzun davam edərsə, eskalasiya və səhv hesablama riski bir o qədər çox olar. Qəzzada gördüklərimizi Livanda təkrar görə bilmərik. Biz Qəzzada baş verənlərin davam etməsinə icazə verə bilmərik”, deyə Quterreş yazıb.

Baş katibin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı Livan ətrafında gərginliyi azaltmaq üçün bütün resurslarından istifadə etməyə hazırdır.

Qeyd edək ki. yanvarın 7-də İsrail mediası “Hizbullah”ın İsrail Hərbi Hava Qüvvələrinin Meron dağındakı bazasına hava zərbələri endirdiyini yazıb. Daha sonra Livan hərəkatı bazaya 40-a yaxın raket atdığını bildirib. Yanvarın 8-də isə İsrail Livandan bunun qisasını alıb. Vurulan hədəflər arasında Marvahina bölgəsində yaraqlılara məxsus hərbi birləşmə, eləcə də Aita əş-Şəb bölgəsindəki bir raket qurğusu olub. Livanın “Hizbullah” qruplaşmasının yüksək rütbəli komandiri Vissam əl-Tavil İsrailin hücumu nəticəsində öldürülüb.

Yanvarın 14-də İsrail ordusu “Hizbullah” hərəkatının hərbi infrastrukturunu hədəf alan Livan ərazisinə yeni silsilə hücumlar həyata keçirdiklərini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar