Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden husilərə zərbələri mütənasib və zəruri tədbir adlandırıb

ABŞ prezidenti Co Bayden Yəməndəki husi hədəflərinə qarşı hava hücumlarının zəruri və mütənasib olduğunu bildirib...

Poliqon xəbər verir ki, Bayden bu barədə Senat və Nümayəndələr Palatasının spikerlərinə məktubunda yazıb. Prezidentin sözlərinə görə, zərbələr husiləri çəkindirmək və zəiflətmək üçün tətbiq edilib.

“Birləşmiş Ştatlar beynəlxalq hüquqa uyğun və millətin özünəməxsus özünümüdafiə hüququndan istifadə edərək bu zəruri və mütənasib hərəkətləri edib”, deyə Bayden məktubunda yazıb.

ABŞ prezidenti əlavə edib ki, zərbələr eskalasiya riskini məhdudlaşdırmaq və mülki əhali arasında itkilərdən qaçmaq məqsədilə həyata keçirilib. Baydenə görə hücumun məqsədi husilərin Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə növbəti hücumlar etmək qabiliyyətini sarsıtmaqdır.

Co Bayden bu qəarar müstəqil olaraq qəbul etdiyini bildirib, çünki o, ABŞ-ın ali baş komandanı, icra hakimiyyətinin başçısı və ölkənin xarici siyasətinə cavabdehdir. Birləşmiş Ştatların prezidenti “təhdidlərlə mübarizəyə və hücumların qarşısını almağa” davam etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndə 16 məntəqədə husilərin hədəflərinə 60 zərbə endirib. Ölkə bu qərarı hərəkatın Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının artması ilə əsaslandırıb. Husilərin bildirdiyinə görə, 73 hava zərbəsi endirilib, nəticədə 5 əsgər həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar