Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada yaşayan azərbaycanlılar Evian şəhərində etiraz aksiyası keçirir -Yenilənib

Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb...

“Report”un Fransa bürosu xəbər verir ki, onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bon şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

***

“Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evyan le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.

Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.

Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediyasının diqqətinə çatdırır.

Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.

Etiraz aksiyasina Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.

Əraziyə təhkükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar