Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq rayonlarda qar yağıb, Bakıda külək güclənib - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən Poliqon-a bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

Poliqon.info


Etiket: qar külək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar