Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzaya girovlar üçün dərman göndərəcək

İsrail hakimiyyəti Qətərin vasitəçiliyi ilə Qəzza zolağında Fələstin radikalları tərəfindən saxlanılan girovlara dərman verilməsi barədə razılığa gəlib...

"Report"un məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun Dəftərxanası məlumat yayıb.

"Baş nazir Binyamin Netanyahunun rəhbərliyi altında Mossadın rəhbəri David Barnea Qətərlə birlikdə Qəzzada HƏMAS terror təşkilatı tərəfindən saxlanılan girovlara dərman verilməsinə imkan verəcək addımlar atdı. Bu, İsrailin sektora humanitar yardımının bir hissəsidir", - məlumatda deyilir.

Qeyd edilib ki, dərmanlar yaxın bir neçə gün ərzində anklava çatdırılmalıdır.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar