Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini Komitə: "ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izləri görünür"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izlərinin göründüyünü bildirib...

"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, dünyada dinlər siyasi imperialist maraqlar üçün alətə çevrilir, inancların istismar prosesi gedir.

"Bu gün Azərbaycanda dini mühit olduqca sabit və şəffafdır. Ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədədir. Vətən müharibəsində bu birlik daha da möhkəmləndi. Çünki ölkəmizdə dini etiqad azadlığı sıx dayaqlara əsaslanır. ABŞ Dövlət Departamentinin yaydığı məlumatları hesabat adlandırmazdım. Yalnız və qərəzli məlumatlara əsaslanan söz toplusudur. Mən buna küçədən yığılmış məlumat deyərdim. Bu gün Azərbaycan din azadlığının təminatı təkcə dindar kəsimin azadlığı deyil, həm də milli təhlükəsizliyin tərkib hissəsidir", - S.Heydərov qeyd edib.

Sədr müavini vurğulayıb ki, bu gün insan hüquqları, dini azadlıqlar meyarları bəzi böyük güclər tərəfindən təzyiq vasitəsinə çevrilir: "Biz bunun fərqindəyik və fəsadları önləyirik. Biz gözləmirik ki, fəlakət baş versin, sonra addım ataq. Önləyici tədbirləri həyata keçiririk. Bütün strukturlar ayaqüstədir".

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar