Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden dondurulmuş Rusiya aktivlərinin Ukraynaya transferini dəstəkləyib

Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə köçürülməsinə icazə verən qanun layihəsini dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi ABŞ Milli Təhlükəsizlik Şurasının Senatın Xarici Əlaqələr Komitəsinə noyabr ayında göndərdiyi məktubua və Konqresdəki mənbələrə, o cümlədən prezident Co Baydenin administrasiyasına istinadən məlumat yayıb.

“Qanun layihəsi icra hakimiyyətinə Ukraynanın maraqları naminə Rusiyanın suveren aktivlərini ələ keçirmək üçün lazım olan səlahiyyətləri verəcək”, deyə sənəddə deyilir.

Qanun layihəsinə görə, müharibənin başlanmasının ikinci ildönümünə az qalmış G7 sammitində belə bir tədbirin tətbiqinin müzakirəsi planlaşdırılır. ABŞ Konqresi hesab edir ki, bu tədbir Ukraynaya əlavə maliyyə yardımı kimi qəbul edilə bilər, lakin qanun layihəsi Senat komitəsi və Nümayəndələr Palatasının rəhbərləri tərəfindən razılaşdırılmalıdır.

Təşəbbüsün həyata keçirilməsinin prosesinin uzanması Avropa ölkələrinin, yəni Almaniya və Fransanın, eləcə də Avropa Mərkəzi Bankının Rusiyanın aktivlərinin ötürülməsinin münaqişənin gərginləşməsinə səbəb olacağı ilə bağlı narahatlığı ilə bağlıdır. Həmçinin qanun layihəsinin qəbulu ilə bağlı risklər arasında dolların sabitliyinin mümkün pozulması da var.

Qeyd edək ki, yanvarın 6-da Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərdən Rusiyanın dondurulmuş aktivlərinin köçürülməsini sürətləndirməyi tələb edib. Həmçinin ötən ilin sonunda ABŞAvropa Ukraynaya maliyyə yardımının ayrılması ilə bağlı razılığa gələ bilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar