Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Yerusalem Post: Ermənistanda yəhudilərə nifrətin sərhədi yoxdur...

Yəhudilər Ermənistandakı antisemit əhval-ruhiyyədən natahatdırlar...

Ermənistanda yəhudilərə nifrətin sərhədi yoxdur: Ermənistan paytaxtında qalan azsaylı yəhudilər təqiblərə dözməkdə davam edir və ölkənin yeganə sinaqoqunda bir neçə qəsdən yanğın törədildikdən sonra kulminasiya nöqtəsi olaraq hakimiyyət və ya polis tərəfindən heç bir müdaxilə olmadan şəhərin mərkəzində neo-nasist yürüşü təşkil edilib.

Poliqon xəbər verir ki, bu barədə The Yerusalem Post qəzeti yazıb.

Nəşr qeyd edir ki, Ermənistanda yəhudilərə və İsrailə nifrət heç vaxt tükənmir. Təbii ki, səbəb kimi indiki müharibə göstərilir. Bu fonda yanvarın 1-də yəhudilərin sayının çox az olduğu Ermənistanın paytaxtında bir qrup neonasistin İrəvanın küçələrində stilizə edilmiş svastikalar olan bayraqlarla parad keçirməsi və yəhudilərə qarşı təhqiramiz şüarlar səsləndirməsi ciddi inarahatçılıq yayaradıb

Sözügedən hərəkat “Hüsnak” hərəkatıdır və bu hərakatın internet saytında Hitleri tərifləyən və antisemitizm karikaturaları və yəhudilərin deportasiyasına və “onların uşaqlara qarşı fəaliyyətlərinin ifşa edilməsinə” çağıran məqalələr yer alan millətçi məqalələr dərc edilir.

Yerli antisemit qurumlar tərəfindən həftələr ərzində Ermənistanda yeganə sinaqoqun ikinci dəfə yandırılması ilə bağlı bütün dünyada yayılan xəbərdən bir aydan çox vaxt keçib. Bu antisemit hərəkətlərin əsl səbəbi Qəzzada indiki müharibə deyil, daha çox dəfələrlə bildirildiyi kimi, İsrailin Ermənistanın rəqibi olan Azərbaycana verdiyi dəstəkdir.

Son vaxtlar Qarabağ bölgəsindəki münaqişə səbəbindən antisemitizm artıb və Yeni ilin əvvəlində, yanvarın 1-də gənc neonasistlərdən ibarət izdiham svastikanın əks olunduğu stilizə edilmiş bayraqlarla yürüş təşkil edib.

Sosial şəbəkələrdə dərc olunan məlumatlara görə, həmin gənc neonasistlər nasistlərin erməni tərəfdaşı olan (və doğum günü yanvarın 1-nə təsadüf edən) Qaregin Njdenin xatirəsini yad etmək üçün yürüş təşkil ediblər. Memorial önünə gül dəstəsi qoyulub və iştirakçılar Nldeni əllərini yuxarı qaldıraraq nasist salamı ilə salamlayıblar.

Nəşr yazır ki, yəhudi icması Ermənistan hakimiyyətinin biabırçı əməllərə və başını qaldıran ekstremist qruplaşmaya qarşı heç bir tədbir görməməsindən hiddətlənib.
Bundan əlavə, yəhudi icmasının nümayəndələri əlavə ediblər ki, polis yürüşü dayandırmayıb, iştirakçılardan heç birini dindirilməyə çağırmayıb. Üstəlik, ölkədə yeganə sinaqoqun yandırılması cəhdinə görə heç kim həbs olunmayıb.

KİV-lərin məlumatına görə, özünü Ermənistanın “Azadlığı Uğrunda Gizli Erməni Ordusu” adlandıran qrup bütün dünyada ravvinlərə və israillilərə hücum etməklə hədələyib, 7 oktyabr qırğınından sonra isə HƏMAS və “Hizbullah”ı tərifləyib.

İsrail nəşri Ermənistan silahlı qüvvələrinin keçmiş müşaviri Vladimir Poqosyanın antisemit ifadələr işlətməsinə diqqət çəkib. Poqosyan yəhudiləri öldürmək üçün HƏMAS və “Hizbullah”a kömək etməyə çağırış edib:

“Mən bütün dünyaya yəhudilərin ədalətli şəkildə öldürülməsi ilə bağlı səslənəcəyəm”, deyə Poqosyan müüraciətində bildirir.

Bundan əlavə, videoçarxda o, yəhudilərin mövcud olmağa haqqı olmadığını iddia edərək, “sizlər tamamilə məhv edilməli olan çaqqallarsınız” deyib.

Poqosyan həmçinin bir neçə ciddi bəyanatlar verib, o cümlədən deyib ki, HƏMAS və “Hizbullah”a kömək etmədiyi üçün İsrailin bəxti gətirib: “100 min yəhudini öldürərdim”, deyə erməni radikal deyib.

Nəşr yazır ki, dövlət Poqosyanın çıxışlarının qarşısını almaq üçün heç nə etməyib.

The Yerusalem Post qeyd edir ki, bu hadisələrin konteksində Ermənistan-İran əlaqələri güclənir və daha strateji xarakter alır. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ötən çərşənbə günü İrəvana gələrək, Ermənistanın İran üçün yüksək əhəmiyyətini açıq şəkildə ifadə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Ən çox oxunanalar