Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Maskın narkotiklərdən istifadə etməsi qorxulu həddə çatıb...

İlon Maskın şirkətlərinin yönəticiləri onun narkotikdən istifadə etməsinin qorxulu səviyyədə olduğunu bildiriblər...

Dünyanən ən varlı insanı İlon Maskın şirkətlərinin yönəticiləri məxfilik müqaviləsini pozaraq texnoloji milyarderin istifadə etdiyi qeyri-qanuni dərmanları sayıblar.

“Tesla”, “SpaceX” və “X” şirkətlərinin sahibi İlon Maskın şirkət tədbirlərində narkotik istifadə etdiyi və bunun şirkət rəhbərlərini narahat etdiyi iddia edilib.

Poliqon xəbər verir ki, bu barədə xəbər The Wall Street Journal qəzetində yer alıb. Xəbərə görə, Mask dünyanın müxtəlif yerlərində qatıldığı tədbirlərdə LSD, kokain, ekstazi və psixodelik göbələk dərmanlarından istifadə edib.

Qəzetə danışan insanlar Maskın narkotik istifadəsinin şahidi olduqlarını, lakin bu məclislərə qatılanların məxfilik müqaviləsi imzaladığını və gecəyə girərkən telefonlarını təhvil verdiklərini bildiriblər.

Qeyd edilir ki, Mask daha əvvəl canlı yayımda marixuana çəkmişdi və depressiya ilə mübarizə üçün ketamindən istifadə etdiyini etiraf etmişdi.

WSJ-nin xəbərinə görə Mask 2018-ci ildə Los-Ancelesdə qatıldığı bir məclisdə LSD preparatından istifadə edib. Bundan başqa Meksikada “sehrli göbələk” adlı halüsinogen dərmanından yararlanıb. Maskın qardaşı Kimbal Mask isə 2021-ci ildə Mayamidə qatıldığı ev şənliyində ketamin dərmanınını qəbul edib.

ABŞ, Kanada və Cənubi Afrika pasportlarına sahib olan iş adamının sözçüsü Aleks Spiro qəzetə verdiyi açıqlamada Maskın mütəmadi olaraq narkotik testlərindən keçdiyini və hamısından təmiz nəticələr aldığını vurğulayıb.

Xəbərdə qeyd edilir ki, Maskın 2017-ci ildə yüzlərlə “SpaceX” işçisi qarşısında etdiyi çıxış zamanı onun davranışındakı dəyişiklik fərq edilib. İddialara görə, Mask “SpaceX” əməkdaşları qarşısında “qəribə və tutarsız” çıxış edərək narkotikdən istifadə etdiyinə dair şübhələri artırıb.

Xatırladaq ki, Maskın 2018-ci ildə podkaster Co Roqan ilə canlı yayımında marixuanadan istifadə etməsi mübahisələrə səbəb olub və yayımdan sonra “Tesla” səhmlərinin dəyəri 9 faiz ucuzlaşıb.

Dünyanın ən zəngin adamı olan Mask daha əvvəl qeyri-adi davranışlarının bəzilərini yuxusuzluqla əlaqələndirib və bipolyar pozğunluqdan əziyyət çəkdiyini bildirib.

Texnologiya milyarderi keçən il “Walter Isaacson” tərəfindən yazılmış tərcümeyi-halı üçün verdiyi açıqlamada deyib ki, o, qeyri-qanuni narkotik vasitələrdən istifadə etməyi xoşlamır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar