Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Agentlik sədri: "Antibiotiklərin nəzarətsiz istifadəsi insan sağlamlığına zərər vura bilər"

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hesdab edir ki, antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsi həm heyvan, həm də insan sağlamlığına çox böyük təsir göstərərək xoşagəlməz nəticələrə səbəb ola bilər...

Poliqon xəbər verir ki, o, bu barədə Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyini kompleks şəkildə həll etmək üçün heyvan sağlamlığına xüsusi diqqət yetirilməlidir:

"Azərbaycanda əhalinin keyfiyyətli və təhlükəsiz balıqçılıq və digər su bioresursları məhsullarına tələbatının təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən "Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" layihəsində qeyd olunan tədbirlərin keçirilməsi öz müsbət nəticələrini verməyə davam edəcəkdir. Onu da bildirmək istəyirəm ki, balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyini kompleks şəkildə həll etmək üçün heyvan sağlamlığına xüsusi diqqət yetirilməlidir. Bildiyiniz kimi, antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsi həm heyvan, həm də insan sağlamlığına çox böyük təsir göstərərək xoşagəlməz nəticələrə səbəb ola bilər. Heyvan sağlamlığının təmin olunmasında və heyvan mənşəli qida məhsulları istehsalında antimikrob preparatlardan səmərəsiz və kortəbii istifadə nəticəsində yaranan antimikrob rezistentliyi qida zəncirinin bütün mərhələlərində təzahür etməklə insan sağlamlığının qorunmasında ciddi problemlər yaradır. “Tarladan süfrəyədək” prinsipi əsasında sözügedən məhsul istehsalının bütün mərhələlərində risk səviyyəsinə uyğun olaraq nəzarət həyata keçirilir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar