Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-la İsrail arasında yeni atəşkəs sövdələşməsi müzakirə edilir

HƏMAS rəhbərliyi Türkiyədə İsraillə münaqişədə gələcək addımları müzakirə edib...

Fələstinin HƏMAS hərəkatının yüksək səviyyəli nümayəndələri ötən həftə Türkiyədə gizli toplantı keçirib.

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşr xəbər verir ki, bu danışıqlar əsasında yeni girov mübadiləsi sövdələşməsini istisna etmək olmaz

“Jerusalem Post” qeyd edir ki, görüşün məqsədi HƏMAS-ın İsraillə hazırkı münaqişədə növbəti addımlarını əlaqələndirmək” olub.

Həmçinin İsrailin KAN dövlət telekanalı xəbər verib ki, hazırda daha bir girov mübadiləsi razılaşması müzakirə olunur.

Telekanalın xəbəriinə görə, Misir rəsmiləri bazar günü deyiblər ki, “İsrail və HƏMAS atəşkəsi bərpa etməyə və girovları azad etməyə hazırdırlay, lakin bunun necə həyata keçiriləcəyi ilə bağlı fikir ayrılıqları qalır.

KAN-ın məlumatına görə, HƏMAS liderləri görüşdə "müharibədə həm Qəzzanın özündə, həm də İranın dəstəklədiyi “Hizbullah” qrupunun Livandakı rolu ilə bağlı növbəti addımlar"la bağlı məsələləri müzakirə ediblər.

The Jerusalem Post yazır ki, HƏMAS rəhbərliyi təhlükəsizliyi təmin etmək və İsrail kəşfiyyatının sızmasının qarşısını almaq üçün texniki vasitələrlə deyil, şəxsi əsaslarla üçüncü ölkədə gizli görüş keçirməyə qərar verib.

Bir gün əvvəl nəşr yazıb ki, girovlar məsələsi Norveçdə İsrail kəşfiyyat xidmətinin MOSSAD rəhbəri Devid Barni ilə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani arasında danışıqlarda müzakirə olunub.

Nəşrin yazdığına görə, saziş İsrail həbsxanalarında saxlanılan “yüksək rütbəli” fələstinli məhbuslar müqabilində yaşlı kişilərin və digər mülki şəxslərin azad edilməsini əhatə edə bilər.

Misir təhlükəsizlik rəsmiləri hesab edirlər ki, İsrail rəsmiləri vasitəçilər ilə danışıqlarda Qəzzada atəşkəs və girovların azad edilməsi müqabilində fələstinli məhbusların azad edilməsi ilə bağlı yeni razılaşma əldə etməyə daha çox iradə nümayiş etdiriblər.

Eyni zamanda, HƏMAS-ın yaydığı bəyanatda deyilir ki, Qəzzaya qarşı təcavüz birdəfəlik dayandırılmayana qədər girovların azad edilməsi ilə bağlı yeni razılaşmaya razı olmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar