Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Ermənistanın “3+3” formatından imtina etməsi mümkün deyil...

Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını yenidən artırmaq istəyir...

Cavanşir Abbaslı: “Avropa İttifaqı Ermənistan vasitəsilə Cənubi Qafqaza təsir gücünü artırmaq, eyni zamanda, Rusiyanın təsir gücünü azaltmaq siyasəti yürüdür”.

Ermənistan heç vaxt səmimi dövlət olmadığı üçün formatda iştirak istəyi də təbii ki, səmimi deyil”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Avropa İttifaqının Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını artırmaq istəməsinin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırmağı planlaşdırır. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

Ermənistanın regiona aid olmayan qüvvələrin regiondakı mövqelərini gücləndirməsi əsasən hansı məqsəd daşıyır və bu, İrəvanın 3+3 formatında iştirakına necə təsir edir? Ümumiyyətlə, Qərbin qarşı olduğun 3+3 formatında Ermənistanın fəaliyyəti nə qədər səmimi xarakter daşıyır?

Avropa İttifaqının Cənubi Qafqaz siyasətini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Fransa, Amerika kimi dövlətlərin bu yerlərdə təsirləri artmaqdansa, elə təsir gücü olan mövcud ölkələr qalsalar yaxşıdır”.

Hər keçən gün situasiyanın dəyişdiyini qeyd edən ekspert vurğulayıb ki, indiki situasiya xeyrimizədir və bundan yararlanmalıyıq:

Avropa İttifaqı Ermənistan vasitəsilə Cənubi Qafqaza təsir gücünü artırmaq, eyni zamanda, Rusiyanın təsir gücünü azaltmaq siyasəti yürüdür. Bunun üçün də belə oyunlara gedir. Həm də Vətən müharibəsindən sonra tamamilə Qafqazlarda ofsayda qaldığını yaxşı görür və “mən də buradayam” mesajı verməyə çalışır.

Düşünürəm ki, niyyətinə çata bilməyəcək. Çünki, hazırda regionun ən güclü dövlətləri arasında yaxın əlaqələr mövcuddur. Cənubi Qafqazın lideri ölkəsi olan Azərbaycan qardaş Türkiyə ilə qardaşlıq münasibətindədir, Rusiya ilə münasibətlər yaxşıdır, İranla isə, gərginləşən münasibətlər düzəlməkdədir. Bu baxımdan Avropanın qabaqcıl ölkələrinin arzuları ürəklərində qalacaq.

Cavanşir Abbaslı: “3+3 formatının yaradılmasına İran və Gürcüstan kimi ölkələr mane olurlar”.

Açığı düşünürəm ki, Fransa, Amerika kimi dövlətlərin bu yerlərdə təsirləri artmaqdansa, elə təsir gücü olan mövcud ölkələr qalsalar yaxşıdır. Ermənistanın “3+3” formatından imtina etməsi mümkün deyil. Çünki, ipi öz əlində deyil. Sadəcə bu formatın yaradılmasına İran və Gürcüstan kimi ölkələr mane olurlar. Onun üçün bu formatın yaradılması yubanır. Amma enində-sonunda bu yaradılacaq. Ermənistan heç vaxt səmimi dövlət olmadığı üçün formatda iştirak istəyi də təbii ki, səmimi deyil.

Azərbaycan acısından narahat olmağa dəyməz. Biz sadəcə indi ancaq və ancaq xeyrimizə olan sülhün əldə edilməsinə çalışmalıyıq. Gördüyünüz kimi, hər keçən gün situasiya dəyişir. İndiki situasiya da xeyrimizədir. Bundan yararlanmalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay