Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzun illər gözləmədə qalan qanun layihəsi qəbul edildi - Video

Milli Məclisin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

O, bildirib ki, 12 fəsil və 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi həm Milli Məclisin komitə iclasında, həm də plenar iclaslarda geniş və peşəkar şəkildə müzakirə edilib:

“Birinci və ikinci oxunuşlarda qəbul edilən layihənin üzərində iş getmiş tərəfimizdən bizə daxil olan təkliflər və şərhlər araşdırılmış və onların bir hissəsi qanunvericilik təşəbbüskarı subyekti ilə təhlil edilərək layihədə öz əksini tapıb. Biz inanırıq ki, bu məcəllənin qəbul olunması ilə ölkədə rəqabət mühiti inkişaf edəcək”.

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

 
Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən altı ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info 


Etiket: Qanun


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Ən çox oxunanalar