Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danimarka parlamenti Quran yandırılmasını qadağan edib

Danimarka parlamenti Quranın və digər müqəddəs mətnlərin təhqir olunmasını qadağan edən qanunu təsdiqləyib...

Poliqon xəbər verir ki. bu barədə Danimarka Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Mətbuat xidməti qeyd edib ki, bu qanun Danimarkada terror təhlükəsini artıran “sistemli təqibləri” dayandırmaq məqsədi ilə qəbul edilib.

Yeni qanuna əsasən, “dini icmalar üçün vacib olan müqəddəs mətnlərə, eləcə də müqəddəs kitablara oxşayan əşyalara açıq şəkildə pis münasibət göstərmək” cinayət sayılacaq. Qadağa “müqəddəs yazının kiçik bir hissəsini” ehtiva edən sənət əsərlərinə şamil edilmir.

Yeni qanunu pozanları cərimə və ya 2 ilə qədər həbs gözləyir. Qanun qüvvəyə minməzdən əvvəl Danimarka kraliçası II Marqret tərəfindən imzalanmalıdır. Qanunun 2023-cü ilin sonuna qədər imzalanması gözlənilir.

Reuters Agentliyinin məlumatına görə, təkcə 2023-cü ildə krallıqda 500-dən çox Quran yandırılıb. İslam Əməkdaşlıq Təşkilatı və onun bir çox üzvü bu cür hərəkətləri kəskin şəkildə pisləyib.

Qeyd edək ki, avqust ayında Quranla kütləvi etiraz aksiyalarına ev sahibliyi edən İsveçin hakimiyyət orqanları müqəddəs kitabların təhqir olunması ilə bağlı qanun qəbul etməyi planlaşdırmadıqlarını açıqlamışdılar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar