Noyabrın 27-nə keçən gecə Yəmənin husi qruplaşmasının nəzarətində olan ərazilərdən ABŞ-ın “USS Mason” esminesinə iki ballistik raket atılıb...
Poliqon xəbər verir ki, bu barədə ABŞ Ordusu Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.
Hücum zamanı gəmi Ədən körfəzində tutulan “Central Park” tankerininin xilas etməyi tamamlayırmış. ABŞ ordusunun məlumatına görə, hücum nəticəsində “Central Park”ın təhlükəsizliyini təmin edən gəmilərdən heç birinə ziyan dəyməyib.
Amerika Medafiə Nazirliyi qeyd edib ki, insident “Central Park” tankerini ələ keçirən beş silahlının həbsindən sonra baş verib. Hücumdan sonra gəmi qəza siqnalı verib. ABŞ hərbi rəsmiləri bildiriblər ki, kömək gələndə koalisiya antipirat qrupu hücum edənlərdən tankeri buraxmağı və beş silahlı şəxsin gəmidən endirilməsini tələb edib. Hücum edənlər kiçik bir qayıqla qaçmağa çalışıblar, lakin “USS Mason” hücumçuları təqib edib və onlar sonda təslim olublar.
“Raketlər gəmilərdən təxminən on dəniz mili aralıda Ədən körfəzinə düşüb. “USS Mason” təyyarədaşıyan gəmisi raket buraxılışları zamanı “Central Park”dan gələn təhlükə çağırışına cavabını tamamlayırdı. Bu insident zamanı hər iki gəmidə heç bir dağıntı və ya xəsarət qeydə alınmayıb”, deyə ABŞ Ordusu X Mərkəzi Komandanlığının bəyanatında deyilir.
Qeyd edək ki, tanker noyabrın 26-da Ədən körfəzində ələ keçirilib. Associated Press və The Times of Israel-in məlumatına görə, tanker israilli iş adamı Eyal Oferin Zodiac Group-a aiddir. Yəmən hakimiyyəti hücumda Husiləri günahlandırıb. Reuters-in məlumatına görə, təyyarənin göyərtəsində fosfor turşusu yükü olub.
Poliqon.info