Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) media, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirib...

"Report" xəbər verir ki, təlimin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi barədə yazan jurnalistlərin, bu sahədə maarifləndirmə işləri aparan vətəndaş cəmiyyəti üzvlərinin, qurumla əməkdaşlıq əlaqələri quran beynəlxalq təşkilatların daha dolğun məlumatlandırılması, hədəf qrupları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.

Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə bağlı məlumatların ictimaiyyətə operativ və düzgün çatdırılmasında medianın vacib rol oynadığını bildirib. Sığorta sahəsində yeniliklər barədə danışan departament rəhbəri “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər ediləcəyini bildirib.

Təlimin interaktiv keçirilməsi üçün iştirakçılara qrup şəklində praktik tapşırıqlar verilib.

Daha sonra Dövlət Agentliyinin nümayəndələri tapşırıqlarla bağlı təqdimatlarla çıxış ediblər.

Təlimin birinci hissəsində Dövlət Agentliyinin nümayəndələri Arif Əkbərov, Səməd Səmədov, Pərvin Salahova, Fuad Bayramov və Esmira Həsənova təqdimatlar ediblər. Onlar icbari tibbi sığortadan düzgün istifadə, göndərişlərin verilməsi qaydası, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və orqan trasplantasiyası əməliyyatları, səhiyyə işçilərinin əməkhaqqının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumat veriblər.

Təlimin ikinci hissəsində Dövlət Agentliyinin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi risk kommunikasiyası üzrə mütəxəssisi Fənarə Bünyadzadə çıxış ediblər.

Tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi məlumatlılığın artırılması, tibb müəssisələrində kommunikasiya işinin təşkili, səhiyyə kommunikasiyasında effektiv tərəfdaşlıq mövzularında məruzələr dinlənilib.

Sonda yekun nitqlə çıxış edən və iştirakçılara sertifikatlar təqdim edən Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun fəaliyyətə başladığı vaxtdan media nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib: “Agentliyin qarşısına qoyduğu məqsədlərdən biri də vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq və əhalinin səhiyyə xərclərini azaltmaqdır. Əhalini maarifləndirmədən bu məqsədlərə nail olmaq mümkün deyil. Maarifləndirmə işlərində müxtəlif kommunikasiya kanallarından istifadə etsək də bu işdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar