Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla sülh prosesində artıq Vaşinqton formatı mövcud deyil - Rəsmi Bakı üçün məqbul variantlar açıqlanıb

Azərbaycan üçün Ermənistanla danışıqlarda artıq Vaşinqton platforması mövcud deyil...

Poliqon xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, rəsmi Bakının bundan sonra ABŞ-nin təşəbbüsü ilə Ermənistanla danışıqlar aparmaq niyyəti yoxdur.

Məlum olduğu kimi, Brüssel formatı mövcuddur, Azərbaycan da danışıqları bu formatda davam etdirməyi məqbul sayır. Bununla yanaşı, Azərbaycan daha çox Ermənistanla birbaşa danışıqlara üstünlük verir.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında ABŞ-də bir neçə görüş keçirilib.

Lakin ABŞ-nin son addımları Azərbaycan tərəfdə haqlı narazılıq yaradıb. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr zamanı Azərbaycanın ünvanına əsassız iddialar səslənib. Dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın da ölkəmizlə bağlı dedikləri kəskin etirazla qarşılanıb.

Bunun ardınca isə ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Məhz ABŞ-nin bu addımlarından sonra rəsmi Bakı AzərbaycanErmənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməli olan görüşündən imtina edib.

Azərbaycan “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”lə bağlı ABŞ-nin son qərarı ilə bağlı məsələni də əsas hesab edir. Bunu daha çox mənəvi məsələ sayan Bakı “907-ci düzəliş”lə bağlı ABŞ-nin mövqeyinin dəqiqləşməsini istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar