Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzada ölən Arif Acaloğlunun dayısı Aydın Acalov da eyni taleni yaşayıb

Türkiyədə yaşayan türkoloq alim Arif Acaloğlunun ötən gecə Bakıda maşınla vurulması və bədbəxt hadisə nəticəsində həyatını itirməsi mərhumu tanıyanların hamısında təəssüf hissi doğurub...

Digər təəssüfləndirici məqam mərhumu vuran “Mercedes” markalı avtomobilin sükanı arxasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun olmasıdır.

Hadisənin hər iki iştirakçısı tanınmış şəxsdir...

Biri türkoloq alim, professor, İstanbul Mərmərə Universitetinin müəllimi, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri, akademik və siyasi araşdırmaların müəllifi...

Digəri mətbuatın az qala hər gün müraciət etdiyi həkim, saytlara, qəzetlərə, telekanallara açıqlamalar verən toksikologiya üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru, həkimlər və tələbələr üçün “Kliniki Toksikologiya” kitabının həmmüəllifi...

Modern.az-a məlum olub ki, qəzada ölən mərhum türkoloq alim Arif Acaloğlunun dayısı da vaxtilə yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Söhbət Müsavat Partiyasının Məclis üzvü olmuş, fəlsəfə doktoru Aydın Acalovdan gedir.

Mərhum Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası 2012-ci il avqustun 25-də Bakıda, Hökməli dairəsində baş vermişdi. O zaman Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşmuşdu.

Aydın Acalov 1946-cı ildə ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Kəpənəkci kəndində anadan olmuşdu.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun mühəndis-radiotexnik fakültəsində təhsil almışdı. Elmlər Akademiyasının Fizika İnstitutunun “Selen” təcrübə zavodunda şöbə rəisi, “Geofizcihaz” İstehsalat Birliyində baş mühəndisin müavini işləmişdi. 1991-ci ildə “Turan” Elmi İstehsalat Assosiasiyasının prezidenti olmuşdu. Texnika elmləri namizədi idi.

O, 1993-cü ildən öldüyü günə kimi Müsavat Partiyasının üzvü olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay