Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DGK: "Laçında sərhəd-buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb"

Laçın rayonu ərazisində dövlət sərhədində buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb...

Poliqon xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

"Ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə tərəfimizdən müvafiq işlər aparılır", - Ş. Bağırov bildirib.

Onun sözlərinə görə, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır.

“Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır", - DGK sədri əlavə edib.

O vurğulayıb ki, regionumuzda inkişaf etdirilməsi vacib olan mövcud və yeni nəqliyyat dəhlizlərinin təşviqi və icrası istiqamətində Dövlət Gömrük Komitəsi həm aidiyyəti dövlət orqanları, həm də dəhliz üzərində yerləşən ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir: “Biz bu əməkdaşlığın təkcə ölkəmiz üçün deyil, bütün region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi baxımından da vacib olduğunu hesab edirik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar