Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS İsraillə münaqişəyə başqa ölkələri də cəlb etməyi planlaşdırırır

Fələstinin HƏMAS hərəkatının yaraqlıları Yaxın Şərqdə genişmiqyaslı hərbi münaqişəyə səbəb olmaq üçün İsrail ərazisinə növbəti hücumlar dalğası planlaşdırırırlar...

Poliqon xəbər verir ki, bu barədə dörd Qərb və Yaxın Şərq ölkəsindəki kəşfiyyat mənbələrinə istinadən The Washington Post nəşri məlumat yayıb.

Nəşrin mənbələri iddia edir ki, HƏMAS növbəti hücumun “İsrailin güclü cavabına səbəb olacağına” ümid edir ki, bu da Yaxın Şərqdə ərəb ölkələrinin iştirakı ilə genişmiqyaslı münaqişəyə səbəb olacaq. Bunun üçün qəzetin həmsöhbətlərinin sözlərinə görə, yaraqlıların İsraildə bir neçə gün qalmaq üçün kifayət qədər ərzaq, sursat və texnikası olub.

Hücumlar uğurlu olarsa, onlar İsrailin dərinliklərinə doğru hərəkət etməli və böyük şəhərləri vurmalı idilər. Yaxın Şərqin iki yüksək rütbəli kəşfiyyat rəsmisi və bir keçmiş ABŞ rəsmisinə görə, HƏMAS bölmələrindən birinin İordan çayının qərb sahilinə hücumunu davam etdirmək niyyətində olduğunu göstərən kəşfiyyat məlumatları və xəritələri var.

HƏMAS-ın yüksək vəzifəli rəsmisi Əli Barake bildirib ki, hərəkat 7 oktyabr hücumu zamanı İsraildən daha çox müqavimət gözləyirdi. Onun sözlərinə görə, hətta HƏMAS-ın özü də əməliyyatın miqyasından şoka düşüb.

Reuters-in HƏMAS-a yaxın mənbəyə istinadən verdiyi məlumata görə, qrup geniş hazırlıq və “aldatma kampaniyası” sayəsində İsrail ordusunu təəccübləndirə bilib. Agentliyin məlumatına görə, HƏMAS İsrail rəhbərliyini Qəzza zolağı üçün iqtisadi sabitliyin İsrail ərazilərinin fəthindən daha vacib olduğuna inandırmağa çalışıb.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumu zamanı cəmi bir neçə gün ərzində 1400 nəfər həlak olub. 100-dən çox insan girov götürülüb. Bundan sonra İsrail Qəzza zolağına hücum edib və anklavda quru əməliyyatına başlayıb. İsrailin Qəzza zolağına cavab hücumları nəticəsində son məlumatlara görə, 11 mindən çox mülki insanhəlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar